Ədəbi dil və dialekt nümunələrinin qarşılaşdırılması

   Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəminə danışıq dili deyilir. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir. Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki, bu dil xalqımızın əsasən ədəbi dili bilməyən və yaxud az bilən təbəqəsinə xidmət etdi. Danışıq dilinin rolu bununla məhdudlaşmır. Şifahi ünsiyyətdə ondan savadlı adamlar da istifadə edirlər.
 Danışıq dilinin qrammatik xüsusiyyətləri öz sərbəstliyi ilə ədəbi dildən az-çox fərqlənir. Bu fərqlər sözlərin sırasında, cümlələrin quruluşunda və s.özünü göstərir. Ədəbi dilin şifahi forması ilə danışıq dili bir-birinə çox yaxındır. Buna görə də ədəbi dilin şifahi formasına aid normaları təyin etmək, dəqiq müəyyənləşdirmək çox zaman çətin olur. Bu çətinlik şifahi ədəbi dillə danışıq dilinin bir-birinə çox yaxın və həm də hər ikisinin hərəki olmalarından irəli gəlir. Danışıq dili ilə ədəbi dil arasındakı fərqlər get-gedə aradan qalxır və bunlar bir-birinə qovuşur. Şübhəsiz ki, müəyyən vaxtdan sonra bu fərqlər tamamilə silinəcəkdir.
Azərbaycan danışıq dili öz xarakterinə görə vahid deyildir. Bu cəhətdən danışıq dili tərkibinə görə iki qola ayırmaq olar:

a) sadə danışıq,

b) dialekt və şivələr olar.

Sadə danışığı hamı başa düşür. Lakin dialekt və şivəyə aid ünsürlər hamı tərəfindən eyni şəkildə anlaşılmır.
 Ədəbi dildən fərqli olaraq ayrı-ayrı yerlərdə yaşayanların
danışığında xüsusi cəhətlər olur. Bu, yəni müəyyən bir yerin, yaxud rayonun fərqli danışığı başqalarından seçilir.
Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki,
həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:
1)danışıq dili xalqın mədəni tələblərini ödəmir, lakin ədəbi dil bütün mədəni tələblərin ödənilməsinə kömək edir;
2)danışıq dilinin yazılı forması yoxdur. Ədəbi dil isə yazı ənənələri ilə sıx bağlıdır;
3)ədəbi dilin bütün milli dil vasitələri hamı üçün eynidir. Lakin danışıq dilinə aid bəzi dialekt sözləri və formaları isə cəmiyyətin ancaq məhdud bir hissəsinə məxsusdur;
4)danışıq dili ədəbi dilə nisbətən çox mühafizəçi olur. Burada dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman saxlanıla bilir;
5)ədəbi dil müəyyən normalara əsaslandığı halda, danışıq dili qeyri-normativdir. Buna görə də danışıq dili fonetik və orfoepik, leksik və frazeoloji, morfoloji və sintaktik əlamətlərinə əsasən ədəbi dildən fərqlənir.
Ədəbi dildən və bir-birindən fərqlənən bu və ya başqa ərazinin yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir.  Dialektlər öz mahiyyətinə görə iki cür olur:

a) yerli dialektlər,

b) sinfi― dialektlər və ya jarqonlar.

Yerli dialektlərin öz əsas lüğəti və qrammatik quruluşu olur. Buna görə də hər bir yerli dialekt inkişaf edir, müəyyən şəraitdə müstəqil dilə çevrilə bilir. Lakin sinfi dialektlər – jarqonlar bu xüsusiyyətə malik deyildir. Jarqonlar daha çox kapitalizm dövründə yalançı modalar əmələ gəlir. Bunların əməli əhəmiyyəti yoxdur və buna görə də xalqa xidmət etmir. Yerli dialektlərin yaranması və inkişafı feodalizmdə qüvvətli olur. Dialektlər məhz bu dövrdə müstəqil dillərə çevrilə bilir. Buna əlverişli şərait yaradan amil ayrı-ayrı feodallıqlar arasında ictimai, siyası, iqtisadi
münasibətlərin zəif olması, möhkəm sərhəd yaradılmasıdır.

Kapitalizmdə isə dialektlər inkişaf etmək əvəzinə, ümumi dil içərisində əriməyə başlayır. Bu və ya digər dialekt müstəqil dil kimi inkişaf edə bilmir; çünki həmin dövrdə milli dillər yaranır, milli dil yarandıqda isə dialektlər bilavasitə ədəbi dildən asılı olur. Sosializm şəraitində dialektlərin ərimə prosesi daha da sürətlənir. Burada xalqın mədəni və iqtisadi inkişafı ilə əlaqədar olaraq, ədəbi dil yerli dialektlərə güclü təsir göstərir. Nəticədə dialekt xüsusiyyətləri tədricən azalır və sıradan çıxır.
Dilin dialekt və şivələrinin öyrənilməsinin böyük nəzəri və əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öyrənilməsi bu və ya digər dilin tarixini təbliğ etmək üçün qiymətli material verir. Eyni zamanda dialekt sözləri vasitəsi ilə ədəbi dilin lüğət tərkibi zənginləşdirilir.

 Azərbaycan dilini dialekt və şivələrinin geniş və elmi şəkildə öyrənilməsinə sovet dövründə başlanmışdır. Dialektologiya məsələlərinə dair bir sıra elmi əsərlər yazılmışdır. Azərbaycan dilinin dialekt və şivələri coğrafi ərazi prinsipi üzrə 4 qrupa bölünür:

1)Azərbaycan dilinin şərq qrupu dialekt şivələri.
 Buraya Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri daxildir.

2) Azərbaycan dilinin qərb qrupu dialekt şivələri və şivələri.
 Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivələri aiddir.

3) Azərbaycan dilinin şimal qrupu dialekt və şivələri.
 Buraya Şəki dialekti və Zaqatala-Qax şivələri daxildir.

4) Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri.
 Buraya Naxçıvan, Ordubad, Təbriz dialekləri və İrəvan şivəsi (indi bu ərazi ermənilərin müvəqqəti işğalı altındadır) daxildir. Bunlar bir-birindən yalnız bir sıra fonetik, leksik, qrammatik xüsusiyyətlərinə görə az-ç

Комментарии