AZƏRBAYCAN XVIII ƏSRIN BIRINCI YARISINDA
Səfəvi dövlətinin tənəzzülü və XVIII əsrin
əvvəllərində Azərbaycanda xalq azadlıq hərəkatının qüvvətlənməsi. XVIII əsrin əvvəllərində
tərkibinə bir çox ölkələrlə yanaşı,
Azərbaycanın da daxil olduğu Səfəvi dövləti dərin iqtisadi və siyasi tənəzzül dövrü keçirirdi. şah, saray əyanları
və dövlət məmurları boşalmış dövlət xəzinəsini doldurmağın yeganə yolunu vergi
və mükəlləfiyyətlərin sayını, həcmini artırmaqda görürdülər. Bu məqsədlə onlar
yeni-yeni vergi növləri "ixtira" edir, vergi toplamaq üsulunu daha da
sərtləşdirirdilər. Saray əyanları və dövlət məmurlarının fıtvalarına uyan, dövlət
işlərindən uzaqlaşaraq günlərini məscidlərdə ibadətdə və hərəmxanada eyş-işrətdə
keçirən iradəcə zəif şah Sultan Hüseyn 1699- cu ildə vergi sistemini
"qaydaya" salmaq məqsədilə 15 yaşına çatmış hər kəsin siyahıya
alınması barədə əmr verdi. Əhalinin var-dövləti və əmlakı da siyahıya almırdı.
Yeni şahın məmurları siyahı tərtib etməkdə çətinlik çəkirdilər; imkanı olan şəxslər
ailəsi və əmlakı ilə birlikdə acgöz şah məmurlarının təqibindən qaçaraq əlçatmaz
yerlərdə gizlənirdilər. Belə halların qarşısını almaq məqsədilə şah yeni bir fərman
verdi: " Gizlənən şəxsi kim tapsa və şaha bu barədə xəbər versə, onun başı
şaha, əmlakı isə xəbər verən adama çatacaqdır". Siyahıyaalma üç il -
1699-cu ildən 1702-ci ilədək davam etdi. Siyahıya daxil edilən şəxslərdən əlavə
olaraq yeni vergilə Har tələb olundu. Vergilər əvvəlkilərdən üç dəfə artıq idi.
Tezliklə şahın vergi toplayanları əhalidən yeni qayda üzrə üçillik vergi
yığmağa başladılar. XVIII əsrin əvvəllərində, təqribən 1700-1703-cü illərdə Azərbaycanda,
xüsusilə Şirvanda keçən quraqlıq özü ilə dəhşətli aclıq gətirmişdi. Bu isə
bahalığa, bazarlarda qiymətlərin bir neçə dəfə artmasına səbəb olmuşdu. Şah
sarayı yerli hakimlərə etibar etmədiyindən öz məmurlarını və nökərlərini vergi
toplamaq üçün yerlərə göndərirdi. Məsələn, Qarabağda vergi toplamaq üçün şaha
yaxın olan və Təbrizdə oturan Cənubi Azərbaycan bəylərbəyi Mirzə Tahir 1100 nəfərlik
cəza dəstəsi ilə buraya göndərilmişdi. Müasirin yazdığına görə, əzab və işgəncələrlə
kəndliləri vergi verməyə məcbur edirdilər. Lakin belə Üsulla vergi toplamaq
dövlətin iqtisadi vəziyyətinin canlanmasına gətirib çıxara bilmədi. Əksinə,
ağır feodal istismarı maddi nemətlərin əsas istehsalçıları olan kəndlilərin təsərrüfatının
daha da dağılması və iqtisadi böhranın dərinləşməsi ilə nəticələndi. Mərkəzi
hakimiyyətin zəiflədiyi bir dövrdə hakim feodallar arasında mərkəzə tabe
olmamaq əhvali-ruhiyyəsi hiss olunurdu. Azərbaycandakı bəylərbəyilər (Şirvan,
Qarabağ, Cənubi Azərbaycan və Çuxursəd bəylərbəyilikləri) vilayətlərdə toplanan
vergilərin böyük əksəriyyətini mənimsəyirdilər. 1716 -cı ildə Rus dövlətinin Azərbaycandan
Ġrana gedən elçisi A.P.Volınski belə halları müşahidə edərək öz gündəliyində
yazmıĢdı ki, bəylərbəyilər toplanan vergilərin "yalnız yarpağını şaha göndərirlər,
meyvəsini isə özləri üçün saxlayırlar. Bu, onlarda adət şəklini almışdır".
Dövrün başqa bir şahidi Qerber bu barədə yazır: "Şirvan hakimləri şahın xəzinəsinə istədikləri
qədər (topladıqları vergilərdən. - məsul red.) göndərirdilər". Bəzi
hallarda bəylərbəyilər mərkəzin göstərişi olmadan vergilərin miqdarını və həcmini
artırırdılar. Feodal istismarının həddini aşması, Səfəvi dövlətinin bir çox
yerlərində olduğu kimi, Azərbaycanda da Ģah üsuli-idarəsinə və yerli feodallar əleyhinə
üsyanların baş verməsinə səbəb oldu. XVIII əsrin əvvəllərində Azərbaycanda ilk
üsyan 1707-ci ildə Car-Balakən bölgəsində alovlandı. Tezliklə qonşu kəndlərin əhalisi
də onlara qoşuldu. Bu, kortəbii kəndli hərəkatı idi. Dövlətin hakim dairələrinin
üsyanı yatırmaq üçün göndərdiyi cəza dəstələri Car kəndini talan edib
yandırdılar. 1709-cu ildə ġimali Azərbaycanda-Şirvan hüdudlarında daha bir
silahlı üsyan baş verdi. 1711-ci ildə Car camaatı yenidən silaha əl atdı. Onlar
Şamaxı şəhərinə hücum edib, Şirvan bəylərbəyinin malikanəsinə od vurmağı qərara
aldılar. Bu dövrdə Şirvanın böyük bir hissəsində həm iran, həm də yerli
feodalların zülmünə qarşı qalxan silahlı üsyan dalğaları geniş vüsət almaqda
idi. Üsyançılar kortəbii şəkildə feodalların malikanələrinə basqın edərək qarətlə
məĢğul olur, sonra isə onu yandırırdılar. Carlılar şah xəzinəsinə vergilərdən
azad idilər. Sərhədləri qoruduqlarına görə onlar hətta xəzinədən pul da alırdılar.
ġirvan bəylərbəyinin özbaşına carlılara ödənişi dayandırması onların qəzəbinə səbəb
olmuşdu. Car üsyançılarına Ərəş hakimi Əli Sultan başçılıq edirdi. Tezliklə
ġirvan torpağında carlılar şirvanlılarla birləşib, böyük bir dəstə yaratdılar.
Çox keçmədi ki, onlara şəkililər və Gəncə ətrafındakı kəndlərin əli silah tutan
əhalisi də qoşuldu. Silahlanmış xalq kütləsi ġamaxı, Gəncə, Qazax, Ağstafa, Şəmşədil,
Şəmkir şəhərlərinə basqın edərək Bərdə şəhərinə kimi gedib çatmışdı. Onlar
yolboyu qarşılarına çıxan hər hansı feodal malikanəsini qarət edib yandırırdılar.
Üsyançıların qarşısını almaq məqsədilə şah hökuməti yerli hakimlərə qüvvələrini
səfərbərliyə almağı əmr etdi. Lakin üsyanın öhdəsindən gəlmək olmurdu. Bu barədə
müasirlərdən Yesai Həsən Cəlal belə yazır: "Şah Şamaxıda, Gəncədə yerləşən
iran qoşunlarına üsyançılar əleyhinə çıxmağı əmr etsə də, həmin şəhərlərdə yerləşən
xanlar üsyançılarla bacara bilmədilər. Əksinə, özləri məğlub oldular".
Üsyançı dəstələrə divan tutmağa ilk dəfə Şirvan bəylərbəyi Həsənəli xan cəhd
göstərdi. O, üsyançıların gələcək hücumunun qarşısını almaq üçün on beş minlik
qoşunla onların qarşısına çıxdı. Şəki mahalında baş vermiş toqquşmada Şirvan bəylərbəyinin
qoşunu məğlub olub geri oturduldu. Döyüş meydanında bəylərbəyi Həsənəli xanın
özü də qətlə yetirildi. Şəki hakimi Kiçik xan vuruşma zamanı həlak oldu. Üsyançıların hücumunun qarşısını
ala bilməyən Gəncəli Uğurlu xan qalaya çəkilərək canını xilas edə bildi.
1707-1711-ci illərdə Şirvanda baş verən silahlı üsyanlar isfahan sarayında
böyük həyəcana səbəb oldu. Şirvan bəylərbəyi döyüş meydanında həlak olduqdan
sonra Şah Sultan Hüseyn buraya yenil bəylərbəyini - Keyxosrovu göndərdi.
1709-cu ildə Qəndəhar şəhərini zəbt edib isfahanı hədələyən əfqan qəbilələri mərkəzi
hökumətə Azərbaycanda baş verən üsyanları yatırmağa macal vermirdi. Səfəvi dövlətinə
daxil olan bütün ölkələri XVIII əsrin əvvəllərində xarici işğalçılara qarşı
mübarizə bürümüşdü. Bu mübarizə yerli feodalların zülmünə qarşı genişlənən xalq
hərəkatı ilə birləşərək mərkəzi hökumətin əleyhinə ümumi cəbhəyə çevrilmişdi. Şirvan
üsyanı. 1722-1735-ci illərdə Azərbaycanın Xəzərboyu əyalətlərinin Rusiya tərəfindən
işğal olunması. Səfəvi dövlətinin ağır günlərində ġah Sultan Hüseyn Rus dövlətindən
kömək almaq üçün onunla yaxınlaşmağı qərara aldı. Bu məqsədlə 1713-cü ildə
"dostluq və ticarət müqaviləsi" bağlamaq üçün Fəzlulla bəyi
Peterburqa göndərdi. İran dövlətinin Rusiyaya müraciəti I Pyotrun Şərqdə siyasətinin
reallaşması dövrünə təsadüf edir. Həmin illər Rus dövləti Türkiyə ilə uğursuz
müharibə aparmış və. 1723-cü il iyulun 21-də rus donanması Bakı limanına daxil
oldu. Ciddi müqavimət göstərməsinə baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və
hərbi texnikaya malik olan düşmən hücumuna tab gətirmədi və bombardman nəticəsində
şəhərdə baş verəcək yanğının, tələfatın qarşısını almaq məqsədilə qalanı
yadelli işğalçılara təslim etməyə məcbur oldu. Bakı qalası alındıqdan sonra
burada yerli inzibati hakimiyyət edildi və komendantlıq idarəsi yaradıldı.
Bakının ilk komendantı knyaz Baryatinski təyin olundu. Bakıdan sonra ruslar
asanlıqla Salyan şəhərini işğal etdilər. Rus qoşunları Xəzərboyu əyalətlərin
bir hissəsini işğal etdikdən sonra I Pyotr İranın elçisi İsmayıl bəyə Dərbənddən
Gilana qədər olan torpaqları, habelə Şamaxı, Mazandaran və Astrabadı İran dövlətinin
rəsmi şəkildə Rusiyaya güzəştə getməsi barədə müqavilə bağlanmasını təklif etdi.
Yuxarıda deyildiyi kimi, şahın onu səlahiyyətlərdən məhrum etməsindən xəbəri
olmayan İsmayıl bəy İran şahından heç bir icazə almadan 1723-cü il sentyabrın
12-də göstərilən şərtlər əsasında Peterburqda Rusiya ilə müqavilə imzaladı.
Rusiya əvəzində Səfəvi şahına öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi
öhdəsinə götürdü. Beləliklə, 1722-1723-cü illərdə Azərbaycanın Xəzərboyu əyalətləri
Rusiya tərəfindən işğal edildi. 1721-ci ildə isə Şirvan üsyanı nəticəsində Şamaxı
ətrafında gələcək Şamaxı xanlığının təməli qoyulmuş oldu. Lakin II Təhmasib əvvəlcədən
hüquqi əsasdan məhrum olan bu müqaviləni təsdiqləməkdən qəti boyun qaçırdı.
Ġsmayıl bəy vətən xaini elan olundu və geri qayıtmağa cəsarət etməyib ömrünün
sonunadək Rusiyada qaldı. 1723-cü ildə İranda və Azərbaycanda ticarət aparan səhmdar cəmiyyəti yaradıldı. Əvvəllər ticarət
yönümlü bu səhmdar cəmiyyətləri böyük ümidlər verirdi. Cəmiyyətin yaradıldığı
il Bakıdan, Dərbənddən və Ənzəlidən Həştərxana 140 tay və iki bağlama xam ipək,
64 bağlama işlənmiş ipək, 131 tay və 192 bağlama parça göndərildi. Rusiya
özünün işğal dairəsində ticarətin inkişafı məqsədilə həri cür vasitədən istifadə
etməyə çalışırdı. 1723-cü ildə Bakı şəhəri rus qoşunları tərəfindən işğal
edildikdən sonra burada komendant üsuli-idarəsi yaradıldı. Rus komandanlığı tərəfındən
Bakı və Abşerona komendant təyin olunmuş Baryatinski tezliklə yerli feodalların
neft quyularını müsadirə edərək onları mədaxildən məhrum etdi. Komendantın bu hərəkətindən
təşvişə düşən Bakı feodalları xarici işğalçılara qarşı üsyan qaldırmağı qərara
aldılar. Lakin sui-qəsdin üstü açıldıqda üsyanın təşkilatçısı, sabiq Bakı
yüzbaşısı Dərgahqulu bəy qalanı tərk edib qaçdı. Rus komendantlığı üsyana cəhd
göstərdiklərinə görə, bakılıların bir dəstəsini Rusiyanın müxtəlif şəhərlərinə
sürgün etdi. Rus komendantlığının belə bir hərəkəti Bakıda və ümumiyyətlə Xəzərboyu
münbit torpaqlarda məskunlaşmağa can atan ermənilər üçün bir fürsət idi. I
Pyotra müraciətlə "yeni əldə olunmuş torpaqlarda", xüsusilə Bakıda
onlar üçün yer ayırmağı xahiş etdilər. Ermənilərin müraciəti 1 Pyotrun ürəyindən
oldu. Onsuz da bu yerlərdə o, ilk növbədə xristianları, xüsusilə ticarət aləmində
fəallıq göstərən erməniləri görmək istəyirdi. Rus tarixçisi P.Butkov yazır ki,
1724 -cü il İstanbul müqaviləsindən sonra I Pyotr briqadir Rumyantsevə
tapşırmışdı ki, erməniləri Xəzərboyu əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək
gərəkdir, lazım gələrsə, yerli əhalini qovub, erməniləri həmin yerlərdə məskunlaşdırsın.
Çar cənub sərhədlərdə, Xəzərboyu əyalətlərdə erməniləri yeriləşdirməklə iki məqsəd
güdürdü: həm cənubdan qismən ərazinin əmin-amanlığını təmin etsin, həm də ticarətdə
olan ermənilərin xidmətindən faydalansın. Ermənilərin ġirvana köçürülməsi təkcə
I Pyotrun istəyi deyil, eyni zamanda onların bilavasitə arzusundan da irəli gəlirdi.
P.Butkovun yazdığına görə, ermənilər üç dəfə I Pyotra müraciət edib
"yalvarmışlar ki, onlara Xəzər dənizi sahillərində daimi yaşayış üçün yer
versin".. 1725-ci ilə yaxın Şirvanda öz hakimiyyətini bir qədər rnöhkəmləndirən
Hacı Davud artıq rusları Azərbaycandan sıxışdırmağı planlaşdırır və Gəncədəki
türk paşasından hərbi yardım göndərməyi xahiş edirdi. Surxay xanın basqınlarının
qarşısını almağa çalışan osmanlılar onun Şirvana yolunu kəsmək üçün Topkaraqan
qalasını tikməyə başlamışdılar. Ancaq Surxay xanın tərəfdarı olan carlılar bu qalanı
dağıtdılar. Surxay xanı zərərsizləşdirmək üçün osmanlılar 1727-ci ildə ona ikibunçuqlu
paşa rütbəsi verib, aylıq məvacib təyin etdilər. Qəbələnin idarəsi də Surxay
xana tapşırıldı. Surxay xan bununla kifayətlənməyib Ağdaşı da zəbt etdi və
yalnız bundan sonra Osmanlı imperiyasına sədaqət andı içdi. Şübhəsiz, bu, Hacı
Davudu narahat etdi və o, Türkiyəyə meylində tərəddüdə başladı. İş o yerə çatdı
ki, türk paşası Hacı Dav udun Osmanlı imperiyasına sədaqətinə şübhə ilə yanaşmağa,
onun Rusiyaya meyil etdiyini düşünməyə başladı. Səfəvilərə qarşı mübarizə
dövründə xalq kütlələrinə bol-bol vədlər verən Hacı Davud hakimiyyət başına gəldikdən
sonra xalqın vəziyyətini yüngülləşdirmək üçün heç nə etmədiyindən, Şirvanda
ictimai dayağını itirmiş və kənarda kömək axtarmağa başlamışdı. O, hətta II Təhmasibə
də məktub göndərərək şaha qulluq etməyə hazır olduğunu bildirmişdi. 1728-ci il
iyunun 6-da Osmanlı hökuməti Hacı Davudu xanlıqdan kənar etdi və o, ailəsi ilə
birlikdə Gəncəyə gətirildi. Hacı Davud 4 oğlu, 2 qardaşı və bütün ailəsi ilə
birlikdə Kipr adasına aparıldı, 1735-ci ildə isə Geliboluya köçürülərək orada
da öldü. Qazıqumuxlu Surxay xan ġirvan xanı təyin olundu. Osmanlı hakimiyyəti
dövründə Azərbaycanda aqrar münasibələrin məzmununda ciddi dəyişiklik baş verməmişdi.
Divani və xass torpaqları vahid miri torpaqları kateqoriyasına daxil edilmişdi.
Osmanlı hakimiyyətinə loyal münasibət bəsləyən mülkədar və tiyuldarların
mülkiyyət hüququna toxunulmurdu. İtaətsizlik göstərənlərin torpaqları isə
müsadirə olunub, osmanlı döyüşçülərinə paylanır, yaxud satılırdı. Maraqlıdır
ki, 1730-cu ildə Osmanlı komandanlığı Təbrizi İran qoşunlarına təslim edərkən
oradakı yeniçərlər yiyələndikləri malikanələrdən məhrum olduqları üçün qiyam
qaldırmışdılar. Osmanlı hakimiyyət orqanları işğal olunmuş yerlərdə əhalinin
siyahısını tutub hər sancaqlıq, vilayət üçün vergi qanunnaməsi tərtib edirdilər.
Xüsusi vergi dəftərlərində kişi əhalisi və vergilər əks olunurdu. 1736-cı ilin
martında Nadir İran şahı elan edildi. Azərbaycanın bəzi feodalları Nadirin şah
elan edilməsinə mənfı münasibət bəsləyirdilər. Bu baxımdan Ziyadoğlu nəslindən
olan Gəncə xanları xüsusilə fərqlənirdilər. Nadir şah olduqdan sonra onları cəzalandırdı,
hüquqlarını məhdudlaşdırdı və həmin xanları Qazax, Borçalı elatlarının hakimləri
ilə birlikdə Gürcüstan çarlarına tabe etdi. Yeni şahın namizədliyinə qarşı
çıxmış Otuzikilər və Kəbirli kimi Azərbaycan tayfalarının başçıları da cəzalandırıldılar.
Nadir ġah onlardan bir çoxunu ailəsi ilə birlikdə Xorasana köçürdü. Nadir şah
vilayətlərin köhnə hakimlərinin təsdiq edilməsinə və yenilərinin təyin olunmasına
böyük ehtiyatla yanaşırdı. Yeni şahın hakimiyyətini qəbul etmiş hakimlərə nəzarət
üçün Nadir şah tərəfindən onların yanına xüsusi naib təyin olunurdu. İbrahim
xanın başçılıq etdiyi belə dəstələrdən biri 1737-ci ildə Car vilayətinə göndərildi.
Cənubi Dağıstandan köməl almış carlı dəstələrinə Car tayfaları arasında Ģöhrət
qazanmış Divai İbrahim və Xəlil başçılıq edirdilər. Təbrizə qayıdan Sam Mirzə
hakimiyyətdə uzun müddət qala bilmədi. Tezliklə Əmiraslan xanın ordusu Təbrizə
doğru irəliləyərək Sam Mirzənin dəstəsini məğlubiyyətə uğratdı, özünü isə edam
etdi. Yalançı şahzadə üzərindəki qələbədən sonra Əmiraslan xan 1748-ci ildə
özünü İranın müstəqil hakimi elan etdi. Onun ilkin mülkləri sırasına Təbriz və
onun bölgələri daxil idi. Lakin şah taxtının iddiaçıları ilə döyüş meydanında
toqquşmaq istəməyən Əmiraslan xan özünü şah elan etməkdən çəkindi. Məhz bu
mülahizələrə görə Əmiraslan xan pulları da öz adından deyil, İmam Rza adından
buraxdırırdı. Əmiraslan xan qısa müddət ərzində çox böyük əraziləri, o cümlədən
bütün əyalətləri ilə birlikdə Təbrizi, Ərdəbili, Xalxalı, Gəncəni və Azərbaycanın
cənubundakı bir sıra əyalətləri özünə tabe etdi. Lakin Azərbaycanın şimal ərazilərində
yerləşən bir sıra xanlıqlar, o cümlədən Bakı, Şamaxı, Şəki, Dərbənd, Quba onun
hakimiyyətini tanımaqdan qəti imtina etdilər. Həmin vaxt Adil şah müxtəlif
üsullarla Əmiraslan xanı öz tərəfinə çəkməyə hazırlaşırdı. O, hətta ittifaq
bağlamaq təklifı ilə Əmiraslan xanın yanına öz elçisini də göndərmişdi. Lakin
Adil şahın təklifıni qəbul etməyən Əmiraslan xan ərdəbilli Rzaqulu xanın ordusu
ilə Rəştə tərəf hərəkət etməyə və şəhəri ələ keçirməyə çalışdı. Rzaqulu xan
geri dönərkən Adil şahın göndərdiyi ordu tərəfindən darmadağın edildi.
Əmiraslan xan Şirvan və ġəkiyə doğru yürüşündə uğur qazana bilmədi. Bu vilayətlərin
xanları ordu toplayaraq Əmiraslan xanın yolunu kəsdilər və onun ordusuna Kür
çayını keçməyə imkan vermədilər. Əmiraslan xan geri dönməyə məcbur oldu. Bu dövrdə Azərbaycanın şimal vilayətlərinin
xanları öz müstəqilliklərini həm də Adil şahın ordularından qorumağa çalışırdılar.
Bu münasibətlə Qarabağ, Bakı, Dərbənd, Quba, Şamaxı, Şəki hakimləri Adil şahın
yanına nümayəndələr göndərib onların müstəqilliyini tanımaq tələbini irəli
sürdülər. "Əks halda özlərini Nadir şahın vaxtındakı kimi aparmağa məcbur
olacaqlarını" elan etdilər. Belə cəsarətli ultimatuma görə onları cəzalandırmaq
imkanı olmayan Adil şah təklif edilən şərtlərlə razılaşdı və hətta onlara xələt
bağışladı. Əmiraslan xan da, öz növbəsində, Azərbaycanın şimal vilayətləri
hakimlərinə qarşı silah işlətməyin mənasızlığını başa düşərək, könüllü tabe
olmaq haqqında onlarla danışıqlar aparmaq qərarına gəldi. Əmiraslan xanın cəhdləri
heç bir nəticə vermədi. Belə olduqda, o öz ordusunu parçalamaq və əvvəlcə, heç
olmazsa, Şirvanın qədim paytaxtı Şamaxını əvəz edən Yeni Şamaxını ələ keçirməyi
qərara aldı. Düşmən ordusunun yaxmlaşması xəbəri ġamaxı hakimlərini qorxuya
saldı. Müttəfıqlərin köməyi olmadan düşməni dəf etmək iqtidarında olmayan
hakimlər əhalini taleyin ümidinə buraxaraq qalanı tərk etdilər. Şamaxını
müqavimətsiz ələ keçirən Əmiraslan xan şəhərnin hakimi vəzifəsinə Əhməd xanı təyin
etdi və onun yanında döyüşçü qoyaraq sürətlə Gəncəyə doğru irəlilədi. Əmiraslan
xan getdikdən sonra ətraf kəndlərin əhalisi şəhəri tərk edən şamaxılılarla birləşərək
düşməni təqib etməyə və ona böyük zərbələr vurmağa başladılar. Sonra onlar
ġamaxıya dönərək, Əhməd xanın başçılığı altında olan qarnizonu bütünlüklə məhv
etdilər. Azərbaycan xanlarının müstəqilliyindən çox narahat olan Adil şah
onları öz tərəfınə çəkmək üçün hakimlərə yenidən hədiyyələr göndərməyi qərara
aldı. Lakin Azərbaycan xanları İranda vəziyyəti gündən-günə pisləşən Adil şahdan
hədiyyələr qəbul etmək istəmədilər. Azərbaycan xanları cənubdan İran, şimaldan
isə Dərbənd qoşunlarının gələ biləcəyini güman etmirdilər. Onlar həmçinin Yeni
Şamaxım azsaylı qoşunla ələ keçirə biləcəklərini düşünmüşdülər və buna görə də
hər bir xan 200-300 döyüşçü ilə kifayətlənmişdi. Azsaylı müttəfiq qoşunları üç
hissəyə bölünməyə və üç cəbhədə döyüşməyə məcbur oldular. Bu gözlənilməz hadisə
Azərbaycan xanlarını möhkəm qəzəbləndirdi və onlar ittifaqa girərək heç vaxt
İbrahim şaha tabe olmayacaqlarına and içdilər. Hələ 1748-ci ildə Azərbaycan
feodallarının İrana qarşı yaranmış ittifaqı Azərbaycanda İran hökmranlığının
tam ləğv olunduğunu göstərirdi. İttifaq bağlandıqdan sonra xanlar ilk növbədə
ġamaxı xanından intiqam almaq qərarına gəldilər. Bu dəfə nisbətən böyük qüvvə
toplayan müttəfiqlər öz qoşunlarını Yeni ġamaxıya doğru yönəltdilər. Yeni Şamaxının
-Ağsunun mühasirəsi cəmi 8 gün çəkdi. Hacı Məhəmmədəli xanı hakimiyyətdən devirən
qaliblər şamaxılılara "iranlı şah İbrahimə xidmət etməməyə və onun təbəəsi
olmamağa and içdirdilər". XVIII əsrin birinci yarısında İran hökmranlığına
qarşı çıxış edən Azərbaycanın feodal hakimləri yerli əhaliyə arxalanırdılar. Məhz
bu mübarizə Azərbaycan ərazisində yadelli hökmranlığın ləğv edilməsinə gətirən əsas
amillərdən olmuşdur.
Комментарии
Отправить комментарий