İNFORMASIYA CƏMIYYƏTI VƏ ONUN INKIŞAF MƏRHƏLƏLƏRI
Hazırki dövrdə isə
aqrar, sənaye və xidmət sferası
sektoruna sürətlə inkişaf edən yeni bir sektor “intellekt iqtisadiyyatı”
və ya “bilik iqtisadiyyatı” sektoru əlavə olunmuşdur. Bu günkü
intellektuallaşmış avtomatika şəraitində artıq informasiyanın emalı deyil, yeni
informasiyanın yaradılması və onun kollektiv istifadəsi ön plana çəkilir. Məhz
bu səbəbdən də artıq “əl əməyi peşələri”ndən “intellektual peşələr”ə keçid baş
verir. Belə şəraitdə dünya iqtisadiyyatının əsas alətləri kompüterlər və
onlarla əlaqədar olan İKT avadanlıq və ləvazimatları olur ki, bu alətlərə də əsas
xammalı İnternet, korporativ şəbəkələr və biliklər bazalarından verilir. Eyni
zamanda biliklər sənayesi və informasiya texnologiyaları öz iqtisadi bölmələrinin
hüdudlarını aşaraq müasir iqtisadiyyatın ən perspektivli istiqamətlərinin hərəkətvericisi,
əlaqələndiricisi rolunu oynayır.
Müasir
informasiyalaşmış iqtisadiyyatın inkişafının dinamikasının tədqiqi bəşər
inkişafının müxtəlif mərhələlərində baş vermiş informasiya inqilablarının öyrənilməsini
və onların inkişaf mərhələlərinin dinamik tədqiqini tələb edir. İnformasiya
inqilablarının öyrənilməsi hər şeydən əvvəl iqtisadi inkişafın və cəmiyyətin
informasiya və ona xidmət edən texnologiyaların, eləcə də bunların qarşılıqlı təsirindən
törənən təkan və sıçrayışların dinamik təhlilinə imkan yaradır. Digər tərəfdən
isə informasiya və informasiya texnologiyalarının bəşəriyyətin inkişafındakı əvəzolunmaz
rolunu sübuta yetirir
Əvvəlcədən
qeyd edək ki, müasir iqtisadiyyatın əsasında dördüncü informasiya inqilabı
durur.
Birinci
informasiya inqilabı 5-6 min il bundan əvvəl Mesopotomiyada, ondan min il sonra
isə Çində yazının ixtirası ilə baş vermişdir. İkinci informasiya inqilabı əvvəlcə
bizim eradan 1300 il əvvəl Çində, sonralar isə bundan 800 il sonra Yunanıstanda
əlyazma kitabların yaranmasıdır. Üçuncu informasiya inqilabı 1450-1455 ci illərdə
İohann Quttenberq tərəfindən çap presinin yaradılması və oyma yazılarən kəşfi
ilə baş vermişdir.
Birinci və
ikinci informasiya inqilabları haqqında dəqiq sənədlər olmasa das həmin dövrlərdə
Roma və Yunanıstanda əlyazmaların ictimai həyatda və cəmiyyətin inkişafında
böyük rolu olduğu məlumdur. Digər tərəfdən tarixi məlumatların araşdırılması,
istehsal və iqtisadi münasibətlərdə əmələ gələn yeni əlaqələr Çin sivilizasiyasının
məhz bu inqilab nəticəsində böyük nailiyyətlər əldə etməsini təsdiq edir. İlkin
hazırlanmış əlyazma kitabların sayının azlığı və bahalığı onların yalnız
varlılar tərəfindən alınması və ya tərtib etdirilməsi ilə müşayət olunurdu.
Piter Drakerin fikrinə görə kitab nəşrinə qədərki dövrdə Avropada 10000-dən çox
əlyazması ilə məşğul olan monaxlar var idi ki. onların da hər biri ildə
1200-1300 səhifə yaza bilərdilər. Bu əlyazmaları sadəcə olaraq faktların qeyd
edilməsi ilə deyil həm də cəmiyyətin inkişafının müxtəlif sahələrə aid olan məlumatlarının
ötürülməsinə və ümumilikdə bəşəriyyətin inkişaf etməsinə təkan verirdi. İlkin
baxışda əlyazmaların iqtisadi inkişafdakı rolu hiss edilmir. Lakin dərindən təhlil,
dövlətlərarası münasibətlərin qurulması və iqtisadi münasibətlərin yaranması və
inkişafı məhz bu informasiya daşıyıcılarının vasitəsilə həyata keçirilmişdir.
Başqa sözlə informasiya, onun rolu və bu sahənin inkişaf etdirilməsi cəmiyyətin
yarandığı ilkin dövrlərdən mövcud olmuş və bu və ya digər şəkildə inkişafda öz
rolunu oynamişdir.
XV əsrin
ortalarında kitab nəşri üçün dəzgahların yaranması əlyazmalarını sıxışdırmağa,
öz dövrünə görə çoxlu sayda kitabların meydana gəlməsinə başlandı. Bu kitablar
ilkin dövrlərdə dini və ya tarixi kitablar idisə. Illər keçdikcə onların əhatə
dairəsi genişlənirdi. Əlyazması dövründən fərqli olaraq il ərzində bir dəzgahın
çap etdiyi səhifələrin sayı 2500000-dən artıq oldu. Yeni dünyəvi elmlərə aid
kitabların çap edilməsi universitetlərin və digər elm ocaqlarının yaranmasına səbəb
oldu. Bu elm müəssisələrində hüquq, tibb, riyaziyyat, fəlsəfə və s. elmlərin
geniş tədrisinə başlandı. Elm və ixtiralar, inkişafın digər təkanverici və
istiqamətləndirici amillər haqqında olan biliklər geniş ərazidə yayılmağa
başladı bu isə iqtisadi inkişafa, yeni sahələrin meydana gəlməsinə, müxtəlif kəşf
və ixtiraların edilməsinə, onların ümumbəşəri əhəmiyyətinin meydana gəlməsinə səbəb
oldu.
Üçüncü informasiya inqilabı əvvəlki iki inqilabdan fərqli
olaraq müasir dövr üçün öyrənilmə və tədqiq baxımından daha önəmlidir. Qeyd etmək
lazımdır ki. üçüncü informasiya inqilabının zəmini çap maşınlarının
yaranmasından sonra nəşriyyat sənayesinin ilkin rüşeymlərindən başlayır. Çap sənayesinin
yaradıcısı Aldus Manitius hesab edilir. O, ilk dəfə olaraq Venesiyada kütləvi
kitab çap edərək satmaqla yeni sənaye sahəsinin təməlini qoymuşdur. Lakin on
illər keçdikdən sonra bu cür nəşriyyatçıların işi nəşriyyat şirkətləri və
onunla əlaqədar müxtəlif işləri görən korparasiyalar tutdu.
Bu cür
inkişafı müasir informasiya cəmiyyətinin inkişafında da müşahidə etmək olar.
Belə ki, informasiya keçən əsrin ortalarında ayrı-ayrı müəssisə və şirkətlər tərəfindən
fərdi qaydada istifadə edilirdi. Daha doğrusu informasiya emalı, onun yeni
texnologiyaların tətbiqi ilə istifadəsi və informasiyanın emal üsul və
texnologiyaları məhdud şəkildə, ayrılıqda işlənib hazırlanırdı. Lakin tezliklə
Maykrosoft, Orakl, Hyulet-Pakkard və digər şirkətlər proqram təminatı ilə məşğul
olan korparasiyalar yarandı. Lakin müasir inkişaf və informasiya
texnologiyalarının yeni nailiyyətləri, eləcə də bu sahədə dünyanın bütün ölkələrində
yüksək səviyyəli ixtisasçıların hazırlanması gələcəkdə proqram təminatının hər
bir istifadəçinin özünün hazırlayacağına zəmanət verir. Göründüyü kimi üçüncü
inqilabla müasir dövrü səciyyələndirən dördüncü inqilabın oxşar cəhətləri ilə bərabər
tam əks prosesə uyğun tendesiyalarda mövcuddur.
Üçüncü
informasiya inqilabının digər nailiyyətləri enerjidən istifadə, teleqraf və
telefonun kəşfi, buxar maşınları, yeni avtomobil, təyyarə və gəmilərdən istifadə
edilməsidir. Bu dövr dünya ölkələri arasındakı əlaqələrin daha da genişlənməsinə.
Bir çox məsələlərin həllində qloballaşmanın ilkin təzahürlərinin yaranmasıdır.
Bu dövr informasiyadan hərtərəfli istifadə və onun əsasında yeni
texnologiyaların yaranmasında başlanğıc oldu. Artıq istehsal yalnız əmək deyil.
həm də texnologiyaların geniş tətbiqinə əsaslanırdı.
Yaşadığımız müasir cəmiyyət informasiyalaşmış cəmiyyət adlansa da bir
çox mütəxəssislərin fikrinə görə, bu cəmiyyətdə iki mərhələyə postsənayeləşmiş
cəmiyyətə və tam informasiyalaşmış cəmiyyətə bölünür. Sənayeləşmiş cəmiyyətə
keçid elmi-texniki inqilabın baş verməsinin nəticəsidir. XX əsrin sonu cəmiyyətin
inkişafının informasiyalaşma mərhələsinə daxil olması ilə xarakterizə olunur.
Bu mərhələ postsənayeləşmə dövrü adlandırılır. Cəmiyyətin keyfiyyətcə yeni
inkişaf mərhələsi başlayır ki, onun da məğzi praktiki olaraq bütün sferalarda
informasiya və onun ən yüksək forması olan elmi biliklərin mənimsənilməsi və
geniş miqyaslı istifadəsindən ibarətdir.
Hər bir
inkişaf mərhələsi istehsal qüvvələrinin özünəməxsus strukturuna malik olur. Hər
növbəti mərhələdə isə əvvəlkində mövcud olan struktura yeni ona aid tərkib hissələri
əlavə edilir. Belə ki, aqrar cəmiyyətdə istehsalın texnoloji vasitələr
strukturuna insanın fiziki imkanları, əl alətləri, təbii faktorlar aiddir. Sənayeləşmiş
cəmiyyətdə bu struktura maşınlar və elektroenrji əlavə edildi.
İnformasiyalaşmış cəmiyyətdə isə mövcud struktura yeni komponentlər olan insan
biliyi, informasiya texnologiyaları və informasiya əlavə olunur.
İnformasiyalaşmış cəmiyyətin belə bölünməsi bir çox
səbəblərdən irəli gəlmişdir. Bu səbəblərə dünya ölkələrinin müxtəlif inkişaf səviyyələri.
texniki təminatda fərqlər, cəmiyyətin informasiya resurslarından istifadə
qabliyyəti və imkanları. Informasiya texnologiyalarının inkişaf səviyyəsi və əhalinin
bu sahəyə aid vasitələrlə təmini və s. Qeyd etmək lazımdır kiş hazırki dövrdə
postsənaye mərhələsində olan ölkələrin sayı daha çoxdur. Yalnız dünyanın bir
sıra inkişaf etmiş ölkələri, ABŞ, Yaponiya, Qərbi Avropa ölkələri
informasiyalaşmış cəmiyyətin qurulmasının yuxarı mərhələsindədir. Başqa tərəfdən
dünyanın əksər ölkələrində İnternetin, kompüterdən istifadənin aşağı səviyyəsi,
dövlət idarəetməsi və hakimiyyətin idarə edilməsində olan çatışmamazlıqlar
informasiyalaşmış cəmiyyətə keçidi ləngidir.
Postsənaye
mərhələsinin inkişaf edərək tam informasiyalaşmış cəmiyyətə keçidinin əsas şərtlərindən
biri, informasiya texnologiyaları sahəsi mütəxəssislərinin daha çox olması,
bilyin ön cərgəyə çəkilməsi, demokratik cəmiyyətin formalaşması, insan amilinin
yaradıcılığına və elmi qabliyyətinə görə qiymətləndirilərək irəli çəkilməsidir.
Postsənaye cəmiyyətində informasiyanın həlledici rolu artdıqca. əldə olunan nəticələrdə
onun payı çoxaldıqca, yeni məhsulun və sahələrin yaradılmasının, tədqiqi və
qiymətləndirilməsinin məhz informasiya. Verilənlər və biliklərə nəzərən
aparılması sonda informasiyalaşmış cəmiyyətin bərqərar olmasına şərait
yaradacaq.
İnformasiyalaşmış cəmiyyətin xarakterik xüsusiyyəti
onun informasiya mübadiləsinə əsaslanmasıdır. Müasir telekommunikasiya vasitələrindən
istifadə edil-diyindən bu cür mübadilə daha qısa müddətdə həyata keçirilir.
Yaranmaqda olan informasiyalaşmış cəmiyyətin əsasını informasiya resursları təşkil
edir. İnformasiyalaşmış cəmiyyətin ilkin mərhələsininin vacib xüsusiyyətləri
aşağıdakılardır:
-
intellektual xidmətlərdən istifadə önə çəkilir;
-
yeni intellektual texnologiyalar
yaradılır;
-
nemətlərin çatışmamazlığını informasiya
və vaxt çatışmamazlığı əvəz edir;
-
iqtisadiyyat informasiyalaşdırılmış kimi
xarakterizə oluna bilər.
Beləliklə,
mövcud iqtisadiyyatın nüvəsini informasiya məhsulları və xidmətlərinin istehsal
və istehlak obyektlərinə çevrilməsi təşkil edir. Hazırda dünya ölkə-lərinin əksəriyyəti
informasiyalaşmış cəmiyyətin ilkin mərhələsindədir. Lakin ABŞ və Yaponiya kimi
dövlətlərin nümunəsində informasiyalaşmış cəmiyyətin inkişaf dinamikasını izləmək
olar. İlkin nəticə ondan ibarət olur ki, bu ölkələrdə informasiya
texnologiyalarına qoyulan sərmayələr ildən-ilə artır.
İnformasiyalaşməş cəmiyyətdə istehsalla məşğul olan müəssisələrin fəaliyyəti
prosesi köklü surətdə dəyişir. Bir tərəfdən istehsalın və ümumilikdə müəssisələrin
inkişafında informasiya texnologiyalarının rolu artır, digər tərəfdən isə idarəetmə
sistemi, insanını istehsal funksiyası dəyişir. İnformasiyalaşmış cəmiyyətdə
informasiya və şəbəkə texnologiyaları insanları informasiya toplanması kimi
mühafizəkar əməkdən azad edərək, onların müxtəlif sahələrdə verilənlərin
intel-lektual təhlili ilə məşğul
olmasına və sifarişçilərə yüksək səviyyədə xidmət göstər-məyə şərait yaradır.
Bu səbəbdən də müəssisələr arasınad əlaqələrin yaradılması, məhsulların
satılması, satılmış məhsulların çatdırılması və yeni tələbatların öyrə-nilərək
keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi, istehsalın ümumi səviyyəsinin,
iqtisadiyyatın artan tempinin təmin edilməsi yüksək sürətlə yerinə yetirilir.
İnkişaf
etmiş ölkələrin iqtisadiyyatının araşdırılması nəticəsində müəyyən edilmişdir
ki, müasir informasiya cəmiyyətinin vəziyyəti aşağıdakı kimi xarakterizə edilə
bilər:
-cəmiyyətin inkişafında mərkəzi yeri bilik tutur;
-müəssisələrin fəaliyyətində biliklər əsasında yüksək
templə yeni intellektual texnologiyalar yaradılır və tətbiq edilir;
-intellektual texnologiyaların inkişaf tempinə uyğun
olaraq lazımı biliklərə malik insanların sayı artır;
-hakimiyyət meritokratiyaya, yəni yüksək təhsilli
peşəkarlara keçir;
-mövcud informasiyalaşmış cəmiyyətin iqtisadiyyatı informasiya
iqtisadiyyatı kimi xarakterizə olunur;
-əməyin xarakteri dəyişir: məşğulluğa primitiv nəzarət
tələbatı yoxa çıxır-əvəzinə nəticələr üzrə nəzarət yaranır. Bu isə işçinin
daima idarədə olması tələbatı da yox olur. Bəzi hallarda fiziki ofislərə (idarələrə)
ehtiyac qalmır. Onları məntiqi və ya virtual ofislər əvəz edir;
-daha çox insan yaradıcı əməklə məşğul olmaq imkanı əldə
edir
Cəmiyyətin
inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir
İKT (İnformasiya kommunikasiya texnologiyaları, Information and Communication
Technologies)-informasiyanın əldə edilməsi, emalı, saxlanması və ötürülməsi məqsədilə
proqram-texniki vəsaitlərin, istehsalat proseslərinin və metodlarının
yığımıdır. İKT-yə aiddir İnformasiya prosesləri-hər-hansı nəticə əldə etmək məqsədilə
informasiya üzərində aparılan əməliyyatlar ardıcıllığı yığımıdır. Əsas
informasiya proseslərinə aiddir: informasiyanın axtarışı, seçimi, yaradılması,
saxlanması, ötürülməsi, kodlaşdırılması, emalı və qorunması. Kodlaşma-bir əlifbanın
simvollarının digər əlifbanın simvolları ilə əvəz olunması, ictimai həyatın
informasiyalaşdırılması prosesi kimi reallaşır.İnformasiya cəmiyyəti (İC)
quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin informasiyalaşdırılması ölkənin
intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin
edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması,
cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın
demokratikləşməsi ücün güclü vasitədir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin
əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və
iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət,
tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi,
informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya
mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı
almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi
və s. aiddir. İnformasiyalaşdırma anlayışı keçən əsrin 80-90-cı iilərində yeni
elmi istiqamət kimi formalaşmış və qısa müddət ərzində cəmiyyətin informasiya
ehtiyatları ilə təminatında mühüm rol oynamışdır. Proqnozlara əsasən XXI əsr
dünyada qlobal informasiyalaşdırma və kompüterləşdirmə əsri olacaqdır.
”Elektron inqilab” dalğasında dünyada yüzlərlə, minlərlə milli, regional
kompüter sistemləri, şəbəkələri yaranacaq və əksər ölkələrdə informasiya cəmiyyəti,
informasiya iqtisadiyyatı (yəni idraka, məlumata, biliklərə əsaslanan
iqtisadiyyat) yaranmaqla planetar telekomunikasiya sistemi formalaşacaqdır.
Bunlar isə dövlətin sosial idarəetmə, inkişaf, hüquq, demokratiya proseslərinə
müsbət təsir göstərəcəkdir. Yüksək informasiyalaşmış ölkələrin inkişafı göstərir
ki, əsas maliyyə və maddi ehtiyatları təhsilə və yüksək informasiya mədəniyyətinə
malik olan kadrların hazırlanmasına yönəltmək və aşağıdakı əsas problemlərə
diqqət etmək lazımdır:
-Kütləvi kompüter istifadəçiləri hazırlamaqla
kompüter savadsızlığını ləğv etmək;
-Kütləvi kompüter savadlılığı içərisindən xüsusi sahələr
üzrə peşəkar mütəxəsislər hazırlamaq;
İnformasiyalaşdırma məhsulun maya dəyərini azaltmaqla istehsalı
artırmağa, əhalinin həyat səviyyəsini, savadlığını yüksəltməklə, yəni
sosial-iqtisadi informasiyaya keçid üçün təkan vermişdir. Müasir informasiya
texnologiyaları vasitəsilə cəmiyyətdə aparılan informasiyalaşdırma
prosesi-iqtisadi, maliyyə, maddi qənaətləri nəzərə alaraq informasiyanın dəyərini
daha da artırmışdır. Cəmiyyətin informasiya siyasəti onun inkişafını avtomatik
olaraq sürətləndirir. Məsələn, ekspertlərin rəyinə görə söz azadlığı və kütləvi
informasiya vasitələri üzərində xüsusi mülkiyyət cəmiyyətin inkişafını 20%,
bazar iqtisadiyyatı 25%, torpaq üzərində xüsusi mülkiyyət isə həyat səviyyəsini
50% yüksəldir.
Cəmiyyətin
informasiyalaşdırılması o vaxt mümükün olar ki, cəmiyyətin özü də informasiya
kimi azad olsun.
Cəmiyyətin
informasiyalaşdırılmasının əsas məqsədi:
-İnformasiyalaşdırma prosesinin hümanistləşdirilməsi;
-Şüurun inkişafını məişət inkişafından çox qabağa
aparmaq;
-Maddi və əmək ehtiyatlarına qənaət etmək;
-İnsan sivilizasiyasının yaşaması, inkişafı üçün
atom və ekoloji fəlakətlərin qarşısını almaq;
-Cəmiyyətin demilitariziyası;
-Hər bir insanın vahid informasiya fəzasına daxil
olub cəmiyyətin və özünün inkişafı üçün bu ehtiyatlardan istifadə etməsinə şərait
yaratmaqdır.
-Cəmiyyətin qanuni və hormonik inkişafını təmin etmək
üçün həmin cəmiyyətdə, pul, güc diktaturasını deyil, informasiya diktaturasını
yaratmaq lazımdır. Pulun informasiya kredit kartları, pul
banklarının-informasiya bankları ilə əvəz edilməsi cəmiyyətdə oğurluğun və
neqativ halların qarşısını tamamilə alar. Bir çox ölkələrdə söz azadlığının,
demokratiyanın, özünüidarəetmənin inkişafına təkan vermiş və kosmik informasiya
sivilizasiyasına keçidin əsasını qoymuşdur. İnformasiyalaşdırma elmin bütün sahələrinin-astronomiyanın,
kimyanın, biologiyanın, tibbin, sosiologiyanın, texnikanın, kosmosun, hüquqi
sahələrin inkişafına böyük təsir göstərmiş və cəmiyyətin inkişafında əsas qüvvə
rolunu oynamaqla onun təhlükəsizliyində də böyük əhəmiyyətə malikdir.
İnsanlar
üçüncü minillikdə yer kürəsinin, günəşin və kainatın informasiya kodlarını
açmaqla, məhsuldarlığın artmasına, tufanların, yeraltı təknların, digər təbii fəlakətlərin
qarşısının alınmasına nail olacaq və bu işdə vahid lokal paylanmış dünya
informasiya məkanının yaradılması əsas rol oynayacaqdır.
Cəmiyyəti
mühüm məlumat və biliklərlə təmin edən informasiya eyni zamanda cəmiyyətə müəyyən
ziyanlarda vura bilər. Ona görə də, informasiyanın cəmiyyətdə rolunu bilmək
üçün ona iki aspektdən yanaşmaq lazımdır:
1. Mənfi-neqativ
informasiyanın yayılmasının qarşısının alınması.
2. İnformasiyanın
özünün qorunması.
İnformasiya və informasiya texnologiyaları hər bir ölkənin milli təhlükəsizliyinin
təmin olunması üçün mühüm vasitədir. İnformasiyalaşdırma cəmiyyətdə müxtəlif
neqativ halların yaranmasına səbəb oldu. Kompüter cinayətkarlığı-qeyri-qanuni
informasiya mənbələrinə daxil olmaq, viruslar yaymaq, banklardan “elektron pul”
oğurlamaq, parnoqrafiya, “elektron şpionluq” kimi mənfi halların sürətlə
yayılmasına başladı.
Hal-hazırda düzgün, keyfiyyətli informasiyaları seçmək və yalan
informasiyaların yayılmasının qarşısının alınması problemi yaranmışdır. Ona görə
də, şəxsiyyətin, dövlətin təhlükəsizliyini qorumaq üçün daha mükəmməl qanunlar
işlənib hazırlanmalıdır.
Təhlükəsizlik-şəxsiyyətin,
cəmiyyətin, dövlətin daxili və xarici təhlükələrdən qorunması kimi başa
düşülür.
Şəxsiyyətin
təhlükəsizliyi-onun hüquq və azadlıqlarının qorunmasıdır.
Cəmiyyətin
təhlükəsizliyi-onun maddi və mənəvi dəyərlərinin qorunmasıdır.
Dövlətin təhlükəsizliyi-onun
konstitusion quruluşunun, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır.
Dövlət bu
işləri, icra orqanları, məhkəmə qanunverici orqanları vasitəsi ilə hayata
keçirir. İnformasiya təhlükəsizliyi-informasiya mühitində neqativ
informasiyalardan qorunmaqla inkişafın təmin olunmasıdır. İnformasiya təhlükəsizliyi
dövlətin müdafiə, ekoloji, iqtisadi təhlükəsizlik kimi formaları ilə yanaşı
durur. Ona görə də, informasiya həm hüquqi həm texniki tərəfdən müdafiə
olunmalıdır.
İnformasiya təhlükəsizliyi-həmçinin televiziya, radio, çap, şəbəkə vasitəsi
ilə cəmiyyət həyatında dövr edən neqativ informasiyalardan qorunmaqla da təmin
olunmalıdır. Bunun üçün hüquqi qanun bazaları da yaradılmalıdır. Bu qanunlarda
informasiyaların oğurlanması, itirilməsinin, dəyişdirilməsinin, qeyri-qanuni məhv
edilməsinin, surətinin götürülməsinin qarşısının alınmasının təmin edilməsi
maddələri əks olunmalıdır. İnformasiyanın qorunması üçün müxtəlif üsullar
mövcuddur. Müxtəlif xidməti qurumlar və bu informasiyaları tam məxvliyini müəyyənləşdirməklə
onun təhlükəsizliyini təmin etməlidirlər.
Texniki tərəfdən
informasiyanın qorunması EHM-lərin təhlükəsizliyinin qorunması, açarların
(parolların) qoyulması, kriptoqrafik müdafiə vasitələri ilə həyata keçirilir.
İnformasiya təhlükəsizliyi inkişaf etmiş dövlətlər tərəfindən yüksək səviyyədə
həyata keçirilir. Bu isə onların informasiya müharibəsində, kommersiya məxviliklərində
mühüm rol oynayır.
Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)
ОтветитьУдалить